Sia iki illik ərindən boşanır

Avstraliyalı müğənni Sia iki illik həyat yoldaşı Daniel Bernad ilə boşanmaq üçün məhkəməyə müraciət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, cütlük 18 mart 2025-ci ildə ayrılıb və səbəb kimi "fikir ayrılıqları” göstərilib. Sia 11 aylıq qızları Somersault Vunder Bernadın hüquqi və fiziki qəyyumluğunu tələb edir, lakin Bernada görüş hüququ verilməsinə açıq olduğunu bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə