ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər…

ABŞ müəyyən şərtlər daxilində İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.

SİA-nın məlumatına görə, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.

…Biz hər şeyi hərbi yolla həll etmək məcburiyyətində deyilik, lakin bu, o demək deyil ki, əgər bizi müəyyən nöqtəyə itələsək, hərbi əməliyyatlara əl atmayacağıq, müəyyən şərtlər daxilində bunu edəcəyik, - o, məsələ ilə bağlı suala cavab olaraq Fox News-a müsahibəsində deyib.

Vitkoff əlavə edib ki, ABŞ prezidenti Donald Trampın mövqeyi budur ki, İranın nüvə bombası olmamalıdır. Biz onların nüvə arsenalı yaratmağa başlamasına icazə verə bilmərik. Bu baş verməməlidir.

Bunu Amerika liderinin xüsusi nümayəndəsi bildirib.

…Martın 7-də Tramp özünün “Truth Social” səhifəsində yazıb ki, o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərib. İran lideri Amerika prezidentinin bu bəyanatını şərh edərkən vurğulayıb ki, Vaşinqton yalnız öz maraqlarını düşündüyü üçün ölkəsi ABŞ-la dialoqa getməyəcək.

Martın 12-də Xamenei Trampın danışıqlara hazır olması ilə bağlı sözlərini dünya ictimai rəyinin aldadılması adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə