Cənubi Koreyanın bayraq daşıyıcı şirkəti olan “Korean Air” təyyarə və ehtiyat hissələrinin alışı üçün “Boeing” və “GE Aerospace” şirkətləri ilə 32,7 milyard ABŞ dolları dəyərində müqavilə imzalayacaq. SİA Cənubi Koreya mediasına istinadla xəbər verir ki, razılaşmaya əsasən “Korean Air” 2033-cü ilədək 20 ədəd “Boeing 777-9” və 20 ədəd “Boeing 787-10” təyyarəsi alacaq. Əlavə 10 təyyarənin alınması da planlaşdırılır. Bu təyyarələr üçün Cənubi Koreya şirkəti “Boeing”ə 24,9 milyard dollar ödəyəcək. “GE Aerospace” şirkəti isə 7,8 milyard dollarlıq ehtiyat hissələri tədarük edəcək.
Qeyd edək ki, “Korean Air” şirkətinin parkında 167 təyyarə var. Onlar arasında “Boeing”in 737, 747, 787 və 777 modelləri də var. Şirkət yerli uçuşlarla yanaşı, dünyanın 44 ölkəsində 126 şəhərə uçular həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə