Husilərin donanma komandiri yaralandı

Husilərin dəniz qüvvələrinin komandiri Mənsur əs-Saadi ABŞ-ın Hodeydaya endirdiyi zərbə nəticəsində yaralanıb. SİA bu barədə “Al Hadath” telekanalına istinadla xəbər verir. Əs-Saadidən başqa daha 7 nəfər yaralanıb. Telekanalın məlumatına görə, Hodeyda əyalətinin strateji əhəmiyyəti beynəlxalq hava limanının və üç mühüm limanın yerləşməsi ilə müəyyən edilir və bölgənin uzun sahil zolağı da var. ABŞ Yəmənin şimalındakı Saada vilayətinin Sakin rayonuna da hava zərbələri endirib. Husilərin əsas qərargahı burada yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə