Zelenski hərbi kabinetin iclasını keçirdi

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkova səfər edib. SİA xəbər verir ki, bu barədə Zelenski özü sosial şəbəkə hesabında məlumat yayıb. Zelenski Xarkovda hərbi kabinetin iclasını keçirib. İclasda Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski, müdafiə naziri Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov iştirak edib. Toplantıda cəbhədəki vəziyyət və Səudiyyə Ərəbistanında ABŞ-la görüşə hazırlıq müzakirə edilib.

“Biz cəbhədəki vəziyyəti, Zaporojye, Donetsk, Xarkov, Sum və Kursk vilayətində əməliyyatın gedişini müzakirə etdik. Sabah (bu gün – red.) Səudiyyə Ərəbistanında baş tutacaq Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşünə də hazırlaşmışıq”, - deyə Ukrayna prezidenti bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə