Kazan hava limanı üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
SİA xəbər verir ki, bu barədə şənbə günü, martın 22-də Rosaviasiyanın rəsmi nümayəndəsi Artem Korenyako öz Telegram səhifəsində məlumat verib.
Onun sözlərinə görə, məhdudiyyətlər Moskva vaxtı ilə saat 18:35-də tətbiq edilib.
Hazırda Kazan hava limanı heç bir reys qəbul etmir və göndərmir.
Bu qərarın səbəbləri barədə məlumat verilmir.
Eyni zamanda, Korenyako qeyd edib ki, ekipajlar, aviadispetçerlər və digər aeroport əməkdaşları uçuşların təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə