…Böyük Britaniyanın "Ukrayna üçün evlər" proqramı çərçivəsində vizaları ləğv etməsindən sonra ukraynalı qaçqınların 41 faizi yeni iş tapmaq şansını itirib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bundan başqa, 22 faiz və 26 faiz müvafiq olaraq əmək müqaviləsinin və icarə müqaviləsinin uzadılmamasından şikayətlənib.
Digər 24 faiz isə yeni icarə müqaviləsi bağlaya bilməyib. Eyni zamanda, 94 faiz vizanın uzadılması üçün yenidən müraciət etmək niyyətindədir.
Məsələ burasındadır ki, ukraynalı qaçqınların 74 faizinin müddəti bu ilin yayın ortalarına qədər başa çatacaq.
Daha əvvəl bildirilmişdi ki, Almaniya hakimiyyəti ukraynalı qaçqınların sosial müavinətlərdən məhrum edilməsi və ya bu ödənişlərin azaldılması məsələsini nəzərdən keçirir. CDU/CSU və SPD fraksiyalarının üzvləri məsələni müzakirə etməyi planlaşdırırdılar. Onun baxılmasına səbəb alman siyasətçilərinin büdcə vəsaitlərinə qənaət etmək istəyi olub. Bundan əlavə, Berlin ukraynalıları iş tapmağa və ya vətənlərinə qayıtmağa təşviq etməyə ümid edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə