Minlərlə slovak Fico hökumətinin siyasətinə etiraz edir

…Dünən Slovakiyada Robert Fikonun rəhbərlik etdiyi ölkə hökumətinin siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “European Pravda” yazır.

...Minlərlə etirazçı Slovakiyanın müxtəlif şəhərlərində küçələrə çıxaraq baş nazir Robert Fikoya və onun rusiyayönlü siyasətinə etirazlarını bildiriblər.

Son üç ay ərzində Bratislavada və ondan kənarda hər iki həftədən bir on minlərlə insan küçələrə çıxaraq Fikonun istefasını tələb edir.

Etirazlar dekabrın sonlarında Fico Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getdikdən sonra başlayıb.

Bratislavada mədəniyyət naziri Martina Şimkoviçovanın Slovakiya Milli Qalereyası ilə bağlı hərəkətlərinə etirazlarını bildirmək üçün keçirilən etiraz aksiyalarında rəssamlar da iştirak ediblər.

“Slovakiya Avropadır” mitinqi Lüksemburq, Brüssel, Oslo və Amsterdamda da baş tutub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə