Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir - Türkiyə Müdafiə Nazirliyi
Türkiyə Müdafiə Nazirliyi ABŞ-ın Ankaraya qarşı S-400 zenit raket kompleksinin alınması bəhanəsi ilə CAATSA (Sanksiyalar vasitəsilə Amerikanın Düşmənlərinə qarşı Mübarizə Haqqında) qanunu çərçivəsində tətbiq etdiyi sanksiyaları tənqid edib. SİA xəbər verir ki, Müdafiə Nazirliyi Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin inkişaf proqramından çıxarılan zamanı Vaşinqton tərəfindən CAATSA çərçivəsindəki məhdudiyyətlərin əsas gətirildiyini xatırladıb.
“Ankarada müttəfiq ölkələr arasında qarşılıqlı sanksiyaları dəfələrlə səhv addım adlandırıblar. Türkiyənin F-35 proqramına geri dönməsi qərarı sanksiyaların ləğvindən sonra nəzərdən keçiriləcək”, - deyə Türkiyə Müdafiə Nazirliyi bildirilib.
Nazirlik, həmçinin Türkiyə Hava Qüvvələrinə məxsus F-16 təyyarələri üçün parkın modernləşdirilməsi və əlavə qırıcıların alınmasının amerikalı strukturlarla koordinasiya olunduğunu bildirib.
Bundan əlavə, Müdafiə Nazirliyi “Eurofighter Typhoon” təyyarələrinin də qiymətlərinin nəzərdən keçirilməsi ilə bağlı məlumat verib. Daha əvvəl Ankara bu təyyarələrin alınmasına maraq göstərmişdi.
“BAE Systems” şirkəti Türkiyə hakimiyyətini “Eurofighter Typhoon” hərbi təyyarələrinin qiymət diapazonu haqqında rəsmi olaraq məlumatlandırıb. Proses Böyük Britaniyanın Müdafiə Nazirliyi və “BAE Systems” şirkətinin nümayəndələri ilə koordinasiya edilərək davam etdiriləcək”, - deyə nazirlik bildirib.
Türkiyə Müdafiə Nazirliyi, həmçinin terrorizmə qarşı mübarizə səyləri barədə məlumat verib.
“Təkcə son bir həftə ərzində Türkiyə ordusu İraq və Suriyanın şimalı da daxil olmaqla, regionda 21 terrorçunu neytrallaşdırıb, ümumilikdə isə ilin əvvəlindən isə 523 döyüşçü məhv edilib”, - deyə nazirlik bildirib və terrorçuları dərhal təslim olmağa və silahlı fəaliyyəti dayandırmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə