Moskva vilayətində bu il ilk meşə yanğını söndürülüb.
SİA xəbər verir ki, bu barədə Moskva vilayətinin Meşə Təsərrüfatı Komitəsinin mətbuat xidmətinin Teleqram kanalında məlumat verilib.
Yanğın cümə günü, martın 21-də Balaşixanın Aviatorov mikrorayonundan 2 kilometr aralıda, Ozernı meşə təsərrüfatı rayonunda qeydə alınıb.
Yanğın 0,5 hektar sahədə başlayıb, lakin güclü külək nəticəsində yanğının sahəsi 0,95 hektara çatıb.
Yanğının söndürülməsinə 6 texnika və 14 meşə yanğınsöndürən heyəti cəlb olunmaqla 1,5 saat vaxt sərf olunub. Yanğının insan tərəfindən törədildiyi bildirilir və hazırda yanğında şübhəli bilinənlər müəyyənləşdirilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə