Ukrayna Silahlı Qüvvələri Krıma hücum etməyə cəhd edib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb. Hava hücumundan müdafiə sistemləri Moskva vaxtı ilə saat 7:10 radələrində pilotsuz təyyarələri vurub. Ümumilikdə, yarımadanın üzərində üç təyyarə zərərsizləşdirilib. Martın 20-dən 21-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 regionuna 43 təyyarə göndərib. Onlar Volqoqrad, Rostov, Kursk və Belqorod vilayətləri üzərində vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə