Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreyanın paytaxtı Pxenyana gedib. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Qeyd edilib ki, Şoyqu Şimali Koreya lideri Kim Çen In və ölkənin digər liderləri ilə görüşməyi planlaşdırır. Martın 16-da Şimali Koreyanın xarici işlər naziri Ço Son Huinin Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyəti ilə görüş keçirdiyi bildirilir. KCNA-nın məlumatına görə, nazir nümayəndə heyəti ilə “dostluq söhbəti” aparıb.
Görüşdə Xarici İşlər Nazirliyinin əməkdaşları ilə yanaşı, Rusiya Federasiyasının KXDR-dəki fövqəladə və səlahiyyətli səfiri də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə