Moldova Müdafiə Nazirliyinin motoatıcı briqadasının istehkamçıları Leova rayonunun Orak kəndində İkinci Dünya müharibəsinə aid 51 partlayıcı sursat zərərsizləşdiriblər. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, əməliyyat qaz şəbəkələrinin çəkilişi zamanı döyüş sursatının aşkarlanmasından sonra həyata keçirilib.
Müdafiə Nazirliyi bildirib ki, işçilər yerdə şübhəli əşyalarla rastlaşdıqdan sonra yerli hakimiyyət orqanlarını köməyə çağırıb. Ərazidə araşdırma aparan minatəmizləmə qrupu 37 ədəd 45 mm-lik artilleriya mərmisi, 12 ədəd 82 mm-lik minaatan bombası və iki ədəd 88 mm-lik tank əleyhinə raket aşkar edib. Bütün sursatlar İkinci Dünya müharibəsinə aiddir.
Aşkar edilmiş silah-sursat hərbi hissənin poliqonunda təhlükəsiz şəraitdə daşınaraq məhv edilib. Əməliyyat insidentsiz keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə