Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib

Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə “Koreyanın Səsi” radiostansiyası məlumat yayıb.

Raketin hərtərəfli döyüş qabiliyyətini sınaqdan keçirmək məqsədi daşıyan buraxılış martın 20-də reallaşıb. Onu Şimali Koreyanın Raket İstehsalı Baş İdarəsi həyata keçirib.

Raketin sınaqlarını Şimali Koreya lideri Kim Çen In və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Hərbi Komitəsinin yüksəkvəzifəli şəxsləri izləyiblər . Yeni raket artıq istehsala buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə