Böyük Britaniya münaqişənin həllindən sonra sülh razılaşmasının yerinə yetirilməsini təmin etmək üçün Ukraynada quru, dəniz və hava əməliyyatları planlarını hazırlayır. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmer bəyan edib. “Biz siyasi niyyətləri reallığa, konsepsiyanı plana çeviririk – istər sudakı, istər havadakı, istərsə də qurudakı hadisələrlə bağlı. Bu planlar hazırlanır. Mən bəzi qərargah üzvləri ilə görüşdüm ki, detallar üzərində işləyək", - Starmer bildirib. Onun sözlərinə görə, Rusiya gələcək razılaşmaları poza bilər, buna görə də Qərb ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməlidirlər: "Ümid edirik ki, razılaşma əldə olunacaq. Amma bilirəm ki, indi planlaşdırılmanın vaxtıdır. Bu işi razılaşma əldə edildikdən sonra deyil, elə indi görmək lazımdır. Mən çox yaxşı başa düşürəm ki, razılaşma mərhələli ola bilər və buna görə də müxtəlif variantlar planlaşdırılmalıdır. Amma bu işin nə qədər çox hissəsini indi görsək, bir o qədər yaxşı olar”.
Qeyd edək ki, cümə axşamı Londonda koalisiya ölkələrinin hərbi rəhbərlərinin görüşü keçirilib və Ukraynaya qoşun göndərilməsinin əməliyyat detalları müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə