Netanyahu İran xalqını təbrik etdi

Netanyahu İran xalqını təbrik etdi

İsrail Baş naziri Benyamin Netanyahu İran xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. SİA xəbər verir ki, Netanyahu təbrik mesajını video-müraciətlə çatdırıb. “Mən İran xalqına xoşbəxt Novruz arzulamaq istəyirəm. Sizə sağlamlıq, xoşbəxtlik, rifah və hər şeydən əvvəl azadlıq diləyirəm. Qoy bu il rialın həqiqi dəyər qazandığı, sizə həqiqətən xeyir arzulayanlarla, o cümlədən mənim ölkəm – İsraillə dostluq ili olsun. Qoy bu il zülmdən azad olmaq, ehtiyacdan azad olmaq, yaşamaq və seçim etmək azadlığı ili olsun”, - Netanyahu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə