NASA-nın 9 ay kosmosda qalan 2 astronavtı yerə qayıdıb

NASA-nın aylardır kosmosda qalan 2 astronavtı yerə enib. SİA-nın məlumatına görə, astronavtlar Sunita Uilyams və Barri Uilmorun olduğu “SpaceX Crew-10” missiyası Beynəlxalq Kosmik Stansiyadan ayrıldıqdan və yerə yollandıqdan təxminən 17 saat sonra yerli vaxtla saat 17:58-də (Bakı vaxtı ilə saat 01:58) Florida sahillərinə uğurla eniş edib.

NASA astronavtı Nik Heyq və kosmonavt Aleksandr Qorbunov da gəminin göyərtəsində olublar.

Uilyams və Uilmor 2024-cü ilin iyun ayında “Boeing”ə məxsus “Starliner” kapsulunun ilk astronavt ekipaj uçuşunu həyata keçiriblər. Səfərin bir həftəlik olması planlaşdırılırdı. Təxminən 10 gündən sonra onları geri qaytaracaq “Boeing Starliner”də problem yaşanıb və astronavtlar 9 ay stansiyada qalıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə