Qərb Putinin atəşkəs şərtini açıqlayıb

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçisi Steve Witkoff ilə görüşündə bəyan edib ki, atəşi müvəqqəti dayandırmaq üçün Amerikanın Ukraynaya silah tədarükü dayandırılmalıdır.

SİA xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Bloomberg-in iki mənbəsi bildirib ki, Moskva Qərb ölkələrindən Kiyevə hərbi yardımı tamamilə dayandırmağı tələb edir, lakin “minimum məqsəd” ABŞ-dan silah tədarükünün dayandırılmasıdır. Bu yardım Ukraynanın hərbi potensialını məhdudlaşdırmalı olduğu sülh sazişi bağlandıqdan sonra bərpa oluna bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə