Putinlə Tramp artıq bir saatdan çoxdur ki, telefonla danışırlar

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığına başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, bunu Ağ Evin aparat rəhbərinin müavini Den Skavino deyib.

…Söhbət yaxşı gedir və hələ də davam edir.

Bunu Ağ Evin sözçüsü deyib.

İki dövlət başçısı arasında söhbətin artıq bir saatdan çox davam etdiyi vurğulanır. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinlə Tramp arasında söhbət çərşənbə axşamı, martın 18-i, Moskva vaxtı ilə saat 16-00-da gözlənilir.

Nümayəndə əmin edib ki, Kreml iki lider arasında telefon danışığının nəticələri barədə operativ məlumat verəcək. Söhbətin məqsədinin Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin bərpası olacağı güman edilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə