Terrorçular Somali prezidentinin kortejini partladıblar...

Somali prezidenti Həsən Şeyx Mahmudun korteji ölkənin paytaxtı Moqadişoda, prezident sarayının yaxınlığında partladılıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Prezidentin vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur. Hücuma görə məsuliyyəti sələfi terror qruplaşması olan Əl-Şəbab üzərinə götürüb.

...69 yaşlı Mahmud 2022-ci ildə yenidən prezident seçilib. Bundan əvvəl o, 2012-2017-ci illərdə prezident olub. Onun hökuməti tez-tez korrupsiyaya görə tənqid olunsa da, Mahmud radikal terror qrupları ilə mübarizəyə çox vaxt və resurslar ayırmaqla tanınır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə