“Brestskoye Pivo”-nun iflası ilə bağlı maraqlı fakt...

Şirkəti xarabalığa gətirən kimdir..?

...Belarusun Brest vilayətinin İqtisad Məhkəməsi “Brestskoye Pivo” şirkətinə qarşı iflas işi açıb. Deyilənlərə görə, Brest müəssisəsi üç il ərzində zərərlə işləyirmiş.

SİA-nın məlumatına görə, bu barədə “Office Life” məhkəmənin bəyanatına istinadən xəbər verir.

Maraqlıdır ki, bu, “Brestskoye Pivo” üçün ilk iflas proseduru deyil.

Belə ki, müəssisə 2014-cü ildən yenidən təşkil olunub, 2020-ci ilin avqustuna qədər onu erməni biznesmen Qaqik Tsarukyanın “Multi Group” strukturu alıb.

İddialara görə, Tsarukyan Lukaşenko və onun ətrafı ilə sıx əlaqələr saxlayırmış.

…2010-cu ildə Tsarukyan “Ar-Be” erməni-belarus ticarət evini açıb. Onun mərkəzi ofisi İrəvanda yerləşir. 2012-ci ildə erməni iş adamı Minskdə erməni konyakının qablaşdırılması xəttini də işə salıb.

…Və 2013-cü ildə Lukaşenko Tsarukyanı Xalqlar Dostluğu ordeni ilə təltif edib.

İddialara görə, erməni iş adamı dəfələrlə Ermənistana səfəri (…indikindən iraq..?) zamanı Lukaşenkonu səxavətlə qarşılayıb.

Yeri gəlmişkən, Lukaşenkonun kiçik oğlu Nikolayın toy günü açılacaq Tsarukyanın konyak zavodunun zirzəmisində 400 litrlik konyak barelinin saxlandığı iddia edilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə