General-mayor Andrey Qnatov Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib. Bundan əvvəl o, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsini tutub.
SİA-nın məlumatına görə, təyinat martın 16-da Baş Qərargahın rəsmi səhifələrində elan edilib.
Bildirilir ki, bu, qoşunların idarə edilməsinin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilib.
Qnatov bu vəzifəyə Ukrayna prezidenti Vladimir Zelenskinin 170/2025 saylı fərmanına əsasən təyin edilib.
Ukrayna dövlətinin başçısı həmçinin Baş Qərargahın keçmiş rəisi Anatoli Bargileviçin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
O, 2024-cü ilin fevralından bir ildən çox bu vəzifədə çalışıb. Bargileviç bundan sonra da Müdafiə Nazirliyinin baş inspektoru vəzifəsində çalışacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə