Futbol azarkeşləri arasında kütləvi dava olub

Moskva vilayətinin Ximki şəhərində “Dinamo-2” və “Kaluqa” komandalarının futbol azarkeşləri arasında kütləvi dava olub.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Ümumilikdə əlbəyaxa davada 30-a yaxın şəxs iştirak edib, onlardan 3-ü barəsində inzibati protokol tərtib edilib.

Qeyd olunur ki, polisə yerli sakinlər müraciət edib.

Dava iştirakçılarından heç biri həkimə müraciət etməyib. Qeyd edək ki, martın 15-də “Dinamo-2” İkinci Liqa matçında “Kaluqa”nı 1:0 hesabı ilə məğlub edib.

Görüş Novoqorskdakı “ağ-mavilər” bazasında baş tutub. Bundan əvvəl Stavropol "Dinamo"su ilə Mahaçqala "Dinamo"sunun ikinci komandası arasında İkinci Liqa matçında kütləvi dava olub.

Səbəb futbolçunun rəqibə qarşı sərt çıxışı olub. Matçın qalan iştirakçıları, eləcə də ehtiyat oyunçular və məşqçilər mübarizəyə qoşulub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə