Putinin ofisi atəşkəslə bağlı Trampa hansı "siqnal"ın göndərildiyini bildirib

Kreml, Ukraynada atəşkəs çağırışını “Ukrayna Silahlı Qüvvələrinə yenidən silahlanması üçün vaxt vermək cəhdi” kimi qəbul edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rusiya bununla bağlı ABŞ-a öz “siqnalını” ötürüb..?

Qeyd edək ki, bu barədə RBC-Ukrayna Rusiya liderinin köməkçisi Yuri Uşakova istinadən xəbər verir.

...Biz bunu hazırda çətin günlər yaşayan Ukrayna qoşunlarına möhlət vermək cəhdi kimi qəbul edirik.

Bunu Putinin köməkçisi deyib.

...Rusiya ordusunun bütün istiqamətlərdə irəlilədiyinə diqqət çəkən Uşakov, hazırkı vəziyyətdə atəşkəsin Ukrayna hərbçilərinə yenidən silahlanması və qruplaşması üçün bir növ vaxt vermək cəhdi kimi qəbul edildiyini bildirib.

Bunları bəyan edən rusiyalı səlahiyyətlisi, Rusiyanın öz “narahatlıqlarını” artıq ABŞ-a çatdırdığını da gizlətməyib.

Uşakovun sözlərinə görə, Rusiya ilə ABŞ arasında təmaslar davam edir, lakin prezidentlər səviyyəsində deyil.

O əlavə edib ki, ehtiyac yaranan kimi ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş təşkil olunacaq.

Uşakov, görüşün kifayət qədər tez təşkil ediləcəyini də istisna etməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə