Tramp Baydenin yaşıl qanunlarına yenidən baxır

ABŞ-ın tam elektrikləşdirilməsi gecikir

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) Bayden administrasiyası tərəfindən tətbiq edilən avtomobillərin emissiya standartlarına yenidən baxıldığını elan edib.

SİA-nın məlumatına görə, bu, ciddi emissiya tələblərinin qaldırılması və avtomobil sənayesinə təzyiqin azaldılması deməkdir.

Ətraf Mühitin Mühafizəsi Agentliyinin administratoru Lee Zeldin, çirklənmə standartlarına yenidən baxılacağını və 2027-ci ildə qüvvəyə minəcəyini söyləyib. Bu tədbirlər Bayden-Harrisin "elektrik avtomobil mandatı" adlandırılan və avtomobil istehsalçılarını əhəmiyyətli dərəcədə məhdudlaşdıraraq, onları daxili yanma mühərrikli nəqliyyat vasitələrinin istehsalını tamamilə tərk etməyə məcbur etdib.

Yeni qaydalar Kanada, Meksika və Çində tariflərdən potensial milyardlarla itkiləri nəzərə alan avtomobil istehsalçılarının həyatını xeyli asanlaşdıracaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə