İsveç Ukraynaya 295 milyon dollarlıq hərbi yardım göndərir

İsveç 18-ci hərbi yardım paketi çərçivəsində Ukrayna üçün “Arçer” özüyeriyən artilleriya qurğuları və “Artur” əks-batareya radarları alacaq. SİA xəbər verir ki, bu barədə martın 13-də İsveç hökuməti məlumat yayıb. Bu yardım çərçivəsində İsveç 18 “Arçer” özüyeriyən artilleriya qurğusu və beş “Artur” radiolokasiya stansiyasını Ukraynaya təhvil verməyi, həmçinin Ukraynanın müdafiə sənayesinə, xüsusən də “Boqdana” kimi artilleriya sistemlərinin inkişafına sərmayə qoymağı planlaşdırır. Bu hərbi yardım paketinin ümumi dəyəri 3 milyard İsveç kronuna (295 milyon dollar) bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə