Dəməşq administrasiyası Milli Təhlükəsizlik Şurasının yaradıldığını elan edib. SİA xəbər verir ki, bu barədə Suriya Rəyasət Heyəti məlumat yayıb.
Bildirilir ki, ölkədə təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində prezidentin sədrliyi ilə fəaliyyət göstərəcək, təhlükəsizlik və siyasi koordinasiyaya cavabdeh olacaq Milli Təhlükəsizlik Şurası yaradılıb.
Şura xarici işlər, müdafiə və daxili işlər nazirləri, Baş Kəşfiyyat İdarəsinin direktoru, həmçinin prezident tərəfindən təyin olunacaq 2 müşavir və 1 texniki ekspertdən ibarət olacaq.
Həmçinin prezidentin dəvəti ilə mütəmadi olaraq və zərurət yarandıqda görüşlər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170