Ukraynada hərbi vəziyyət müharibə başa çatdıqdan sonra ləğv ediləcək

Ukraynada hərbi vəziyyətin ləğvi Rusiyanın tammiqyaslı təcavüzünə tam son qoyulandan sonra mümkündür və yalnız bundan sonra ölkədə seçkilər keçiriləcək.

SİA xəbər verir ki, bu barədə Ukrayna dövlətinin başçısı Vladimir Zelenski martın 12-də OP-nin YouTube-da videoçəkilişi yayımlanan brifinqdə bildirib.

...Müharibə başa çatdıqdan sonra hərbi vəziyyət aradan qaldırılacaq və hərbi vəziyyət aradan qaldırıldıqdan sonra Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçiriləcək. Heç kim bilərəkdən heç nəyi təxirə salmayacaq.

Ukrayna prezidenti əmin edib.

Onun sözlərinə görə, 30 günlük atəşkəsin mümkün tətbiqindən sonra müharibəyə son qoymaq üçün tam plan hazırlana bilər.

....Ukrayna tərəfi üçün təhlükəsizlik zəmanəti ilə addım-addım plan. Əgər bütün bunlar edilərsə, o zaman bu plan hazırlandıqdan sonra hər halda müharibənin başa çatmasına gətirib çıxaracaq mərhələli həyata keçiriləcək, - deyə Zelenski qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə