Taylandda Andaman dənizinin ortasında batmaqda olan qayıqda 30-a yaxın turist ilişib qalıb.
SİA xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.
Martın 10-da gəmi Koh Lipe adasından Phuket kurortuna üzürmüş. Böyük dalğalar səbəbindən qayığa su sızıb və qayıq su ilə dolduğu üçün kapitan ən yaxın körpüyə belə yana bilməyib.
Hadisə yerinə bir patrul kateri və sürətli qayıq göndərilib.
Onlar batan gəmidən 28 sərnişini təxliyə ediblər.
Heç kim xəsarət almayıb.
Bundan əvvəl Kolumbiyada turist qayığı yanıb.
Və qorxuya düşən insanlar məhəccərlərin üstündən dənizə tullanmağa başlayıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə