Ukraynada atəşkəsə qarşı çıxan Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson səsini dəyişib və “atəşkəs haqqında gözəl xəbəri” alqışladığını bildirib.
SİA-nın məlumatına görə, təbii ki, bunu rus saytları,.. Tsarqrad yazır.
...Xatırladaq ki, Martın 11-də Səudiyyə Ərəbistanında Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar olub. Görüşdən sonra Kiyev Rusiyanın razılığı əsasında 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib.
Dövlət katibi Marko Rubio vurğulayıb ki, “əgər və tezliklə” Moskva ilkin atəşkəsə razılaşarsa, “real danışıqlar” başlaya bilər.
Nəşr qeyd edir ki, Conson əvvəllər Ukraynada müharibənin davam etdirilməsinin tərəfdarı olan digər avropalı siyasətçilər ilə birlikdə Kiyevin atəşi dayandırmağa hazır olmasını dəstəkləyib.
...Ukraynanın ABŞ-la atəşkəslə bağlı razılığa gəldiyi xəbərini eşitməkdən çox şadam və ev sahibləri də daxil olmaqla, bütün danışıqlar iştirakçılarını təbrik edirəm. Bu şərtlərlə Ukrayna azad, suveren və müstəqil ölkə kimi firavan gələcəyə, eləcə də avropalıların dəstəyi, Britaniya və Fransanın zəmanəti ilə planetin ən güclü ölkəsi ilə uzunmüddətli əməkdaşlıq perspektivlərinə malik ola bilər.
...Eyni zamanda, Böyük Britaniyanın keçmiş baş naziri Kremlin ya Trampın planına imza atacağı, ya da nəticələri ilə üzləşəcəyi fikrini ifadə edərək, onun “sülh əhval-ruhiyyəsində olmadığını və heç vaxt buna ciddi yanaşmadığını” sübut etdib..?.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə