...ABŞ Rusiyanın Ukraynada atəşkəsdən imtina edə biləcəyini istisna etmir. Bu halda, "məqsədlərinin nə olduğu haqqında çox şey deyəcək".
SİA xəbər verir ki, RBC-Ukrayna bu barədə ABŞ dövlət katibi Marko Rubionun İrlandiyada keçirdiyi brifinqdə verdiyi açıqlamaya istinadən yazır.
... ABŞ dövlət katibi vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın məqsədi 30 və ya 60 günlük sülh deyil, davamlı sülh yaratmaqdır və bunun üçün hər iki tərəf danışıqlar masası arxasına oturmalı olacaq.
...Rusiya yox desə, o zaman biz hər şeyi təhlil etməli və dünyada bizim yerimizin harada olduğunu və onların nə etmək istədiklərini anlamalı olacağıq. Yox deyirlərsə, bu, onların məqsədləri və münasibəti haqqında çox şey deyir.
Bunu deyən Rubio əlavə edib ki, ruslarla son görüşdə ABŞ onlardan müharibəni dayandırmaq, yoxsa hansısa məqsədlərə çatana qədər davam etdirmək istəyib-istəmədiklərini soruşub və onlar “hazır olduqlarını” (müharibəyə son qoymağa, - A.B.) bildiriblər.
...Heç kim guya bu danışıqların asan və ya sürətli olacağını iddia etmir, - deyə ABŞ dövlət katibi yekunlaşdırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə