Roma Papasının əhvali-ruhiyyəsi yaxşıdır

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin əhvali-ruhiyyəsi yaxşıdır, özünü daha yaxşı hiss edir və ətrafdakı insanlarla söhbət edir. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidməti məlumat yayıb.

“Pontifik gün ərzində təyin edilmiş müalicələri, farmakoloji, tənəffüs və terapiyanı davam etdirib. O, həmçinin VI Pavel zalında keçirilən ruhani məşqlərini videobağlantı vasitəsilə izləyib, xəstəxanadakı kilsədə dua edib”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə