Tramp Ukrayna ilə bağlı gözlənilməz dəstək aldı...

ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi və onun sonu ilə bağlı siyasəti düzgündür.

SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

...Ukraynadakı vəziyyətlə bağlı mən prezident Trampın tərəfini tuturam. Onun səyləri sülh danışıqlarında sıçrayışa gətirib çıxarıb.

Bunu hərbi blokun rəhbəri qeyd edib.

Rutte vurğulayıb ki, ABŞ-ın hərəkətləri “Ukrayna xalqının ehtiyacı olan” sülh razılaşmasına gətirib çıxara bilər.

Qeyd edək ki, ötən il noyabrın 12-də Rutte Ukraynada münaqişənin davam etdirilməsinin və Kiyevə hərbi yardımın göstərilməsinin tərəfdarı olduğunu desə də, Tramp dövlət başçısı vəzifəsinə gəldikdən sonra mövqeyini dəyişməyə başlayıb və danışıqlara çağırıb. Eyni zamanda, Amerika liderinin özü də alyans haqqında skeptik danışıb və ABŞ-ın orada iştirakını azaltmağın yollarını nəzərdən keçirib.

Fevralın 27-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna böhranını sülh yolu ilə həll etməkdən heç vaxt imtina etməyib. Eyni zamanda, Rusiya tərəfi münaqişənin əsas səbəblərini aradan qaldırmaqla həllində israrlıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə