Acun bu tarixdə hakim qarşısına çıxacaq

Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı qəbul edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, haqqında 5 il 3 aya qədər həbs istənilən Acun Ilıcalı 2 iyul tarixində məhkəməyə çıxacaq. Qeyd edək ki, ittiham aktında TV 8 və “Exxen” platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur. İşlə əlaqədar ümumilikdə səkkiz nəfər təqsirləndirilir.

Xatırladaq ki, ötən il İstanbul Cümhuriyyət Prokurorluğu Acun Ilıcalı haqqında araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə