Roma Papası Fransiskin son durumu açıqlanıb. SİA xəbər verir ki, bu haqda Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 14-dən xəstəxanada olan Papanı müalicə edən həkimlər onun vəziyyətinin davamlı olaraq yaxşılaşdığını qeyd edərək müsbət proqnoz veriblər.
Açıqlamada qeyd olunub ki, buna baxmayaraq, ikitərəfli pnevmoniya ilə mübarizə aparan 88 yaşlı pontifik xəstəxanada müalicəsini davam etdirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə