Münxendə məktəb avtobusu ilə tramvayın toqquşması nəticəsində doqquzu uşaq olmaqla 12 nəfər xəsarət alıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəza nəticəsində tramvay relsdən çıxıb, avtobus isə ciddi zədələnib. Avtobusun sürücüsünün vəziyyəti ağırdır.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə