...Rusiya paytaxtının Filimonovski rayonunda “Moskovski Ryad” bazarında 300 kvadratmetr sahədə yanğın baş verib. SİA-nın məlumatına görə, bu barədə Life SHOT-a istinadən yazır.
Jurnalistlərin məlumatına görə, əvvəlcə meyvə tövləsi yanıb, sonra yanğın digər ticarət obyektlərinə keçib.
İlkin məlumata görə, 40 nəfər bazar ərazisini özbaşına tərk edib.
Heç kim xəsarət almayıb. Hazırda yanğın Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən söndürülür.
Əvvəllər Paveletski stansiyasının yaxınlığında yerləşən binada yanğının baş verməsi barədə xəbərlər yayılmışdı. Hadisə şahidlərinin sözlərinə görə, yanan binada olan insanlar kömək istəyirmiş.
Həmçinin martın 10-da Moskvada Derbenevskaya küçəsindəki binada baş verən yanğından 4 nəfər xilas edilib. Yanğının 40 kvadratmetr ərazini əhatə etdiyi bildirilir. Zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə