ABŞ Məxfi Xidmətinin əməkdaşları martın 9-da səhər saatlarında Ağ Evin qarşısında silahlı şəxsi güllələyiblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Xidmətin yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, Prezident Donald Tramp insident zamanı Ağ Evdə olmayıb. Açıqlamada vurğulanıb ki, Məxfi Xidmət İndiana ştatından paytaxt Vaşinqtona gedən silahlı şəxs haqqında məlumat alıb və qurumun əməkdaşları Ağ Evin yaxınlığında təsvirə uyğun bir şəxs gördüklərini təsdiqləyiblər.
"Zabitlər yaxınlaşdıqda şəxs odlu silaha əl atıb və silahlı qarşıdurma baş verib. Nəticədə şəxsi heyət tərəfindən şübhəli şəxsə qarşı atəş açılıb”, - deyə məlumatda bildirilir.
Şübhəli şəxs xəstəxanaya çatdırılıb, vəziyyəti haqqında məlumat verilməyib.
ABŞ Məxfi Xidmətinin əməkdaşlarından xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə