Latakiya limanının ətrafında şiddətli döyüşlər gedir...

Suriyada, Aralıq dənizinin əsas limanı olan Latakiya ətrafında şiddətli döyüşlərin getdiyini bildirilir.

SİA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən “Al İkhbariya” telekanalı məlumat yayıb.

Hazırda limanın yaxınlığındakı Batanita kəndi ətrafında silahlı toqquşmaların getdiyi dəqiqləşdirilir.

...Keçmiş Əsəd rejimindən olan bir çox hərbi cinayətkarlar və onları qoruyan silahlı qruplar oraya qaçıblar.

Bu, bəyanatda deyilir.

Asayişin bərqərar olması və başlayan vəziyyəti həll etmək üçün Əl-Qədmous bölgəsinə Ümumi Təhlükəsizlik Qüvvələrinin əlavə bölmələri göndərilib.

Martın əvvəlində Suriya ölkənin qərbində baş verən toqquşmaları “gözlənilən problemlər” adlandırmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə