Niyə ruslar yeni avtomobilləri daha az alırlar?

Rusiyada yeni avtomobil satışlarında rekord azalma müşahidə olunub və 2015-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.

SİA-nın məlumatına görə, bu barədə “Za Rulem” qəzetinin baş redaktoru Maksim Kadakov danışıb.

...Tələbin azalmasının əsas amilləri kimi avtomobil qiymətlərinin artması və avtomobil kreditinin əlverişsiz şərtləri göstərilib.

Ekspertin sözlərinə görə, ölkədə avtomobilləşmənin səviyyəsi aşağı olaraq qalır, xüsusən də nəqliyyat infrastrukturunun olmadığı regionlarda.

Moskvada vəziyyət xeyli yaxşıdır, lakin ümumilikdə ölkədə min nəfərə düşən avtomobillərin sayı təxminən 315-dir.

ABŞ-da bu rəqəm 800-ü, Avropa ölkələrində isə 500-dən 600-ə qədər dəyişir.

Kadakov ümid etdiyini bildirib ki, ilin ikinci yarısında vəziyyət yeni modellərin buraxılması və Mərkəzi Bankın əsas faiz dərəcəsinin mümkün azaldılması sayəsində yaxşılaşa bilər ki, bu da avtomobil kreditlərini daha əlçatan edəcək.

Həmçinin, avtomobil ekspertinin fikrincə, 2025-ci ildə Rusiya bazarı yeni avtomobil markaları ilə dolacaq, onların arasında həm tamamilə yeni markalar, həm də mövcud avtomobillərin surəti olan modellər, əsasən də Çin istehsalı olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə