İsrail Qəzzaya zərbə endirdi - ölənlər var

İsrail Ordusu bu gün səhər saatlarında Qəzza sektorunun şimalına aviazərbə endirib. SİA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hərbi birləşmələrin yaxınlığındakı əraziyə bomba quraşdırmağa cəhd edən bir qrup məhv edilib. Fələstin mətbuatı zərbə nəticəsində 2 nəfərin öldüyünü yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə