Kral Zelenski ilə görüşdü, Tramp narazı qaldı

Kral III Çarlz Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul etdikdən sonra ABŞ Prezidenti Donald Trampın Britaniyaya münasibətini dəyişib. SİA xəbər verir ki, bu barədə “Deyli Meyl” yazıb. “Kral Sandrinqemdə Vladimir Zelenskini qəbul etdikdən sonra Donald Tramp Britaniyaya qarşı soyuqlaşıb. Trampın müttəfiqləri Ağ Ev rəhbərinin narazılığını Britaniya rəsmilərinə çatdırıblar. Onlara cavab olaraq bildirilib ki, Vaşinqtonun krala Zelenski ilə görüşməmək göstərişi verməsi yersizdir”, - nəşr bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə