Ukrayna müharibənin 1110-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 8835 130 hərbçi, 10 274 ədəd tank, 21 360 ədəd zirehli döyüş maşını, 24 206 ədəd artilleriya sistemi, 1 310 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1101 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 39 933 ədəd avtomobil texnikası, 28 362 ədəd PUA, 3 120 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 773 xüsusi avadanlıq itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə