Yaponiyanın Ryukyu adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanlar Tatsuqo kəndindən 67 kilometr aralıda okeanda baş verib. Zəlzələnin ocağı 22 kilometr dərinlikdə yerləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə