...ABŞ prezidenti Donald Trampın administrasiyası Amerika qoşunlarının Almaniyadan Şərqi Avropa ölkələrinə, xüsusən də Macarıstana köçürülməsi imkanlarını müzakirə edir.
SİA-nın məlumatına görə, “The Telegraph” yazır ki, söhbət 35 minə yaxın hərbi qulluqçunun mümkün yerdəyişməsindən gedir.
...Tramp Almaniyadan təxminən 35 min hərbçini çıxarmağı düşünür ki, bu da ABŞ və Avropa arasında münasibətləri daha da pisləşdirəcək.
Bunu yazan nəşr xatırladır ki, Amerika lideri dəfələrlə xəbərdarlıq edib ki, Avropa özünün müdafiə imkanlarına daha çox diqqət yetirməlidir.
Eyni zamanda, qəzet qeyd edir ki, Tramp Almaniyadan Macarıstana, eləcə də onun ÜDM-in ən azı 2 faizini müdafiə ehtiyacları üçün ayırmaq tələbinə cavab verən ölkələrə qoşun yeritmək imkanını nəzərdən keçirir.
...Heç bir konkret açıqlama verilməsə də, ABŞ ordusu maraqlarımıza qarşı mövcud təhdidləri ən yaxşı şəkildə həll etmək üçün daim bütün dünyada qüvvələrin yenidən yerləşdirilməsi imkanını nəzərdən keçirir.
Bunu Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Huqhes deyib.
Hazırda ABŞ-dan kənarda 160.000-ə yaxın Amerika əsgəri yerləşdirilib ki, onların da əhəmiyyətli bir hissəsi Almaniyadadır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə