Ruslara martın 8-dən əvvəl yeni bir fırıldaq sxemi...

...Rusiyada 8 Martdan əvvəl dələduzlar insanları aldatmaq üçün yeni sxem hazırlayıblar. Onlar rus qadınlarına zəng edir, özlərini gül göndərən işçi kimi təqdim edir.

...Və SMS-dən kodu vermələrini xahiş edir, sonra isə qadınları pul verməyə məcbur edirlər.

SİA-nın məlumatına görə, bu barədə Baza Telegram kanalı yazır.

Belə ki, martın 5-də fırıldaqçılar 25 yaşlı moskvalıya zəng edərək, özlərini gül mağazasının işçisi kimi təqdim edib və hədiyyənin çatdırılması üçün kod istəyiblər.

Qız ən son SMS-ə baxıb, kodu tapıb və xəbər verib. Bir müddət sonra fırıldaqçılardan biri onunla əlaqə saxlayıb və ona xəbərdarlıq edib ki, onun “Qosuslugi”dən hesabları sındırılıb və guya orada Ukrayna vətəndaşı üçün etibarnamə var. Beləliklə, şəhər sakini dələduzların qurbanı olub. Fırıldaqçı qeyd edib ki, ailəni Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirdiyinə görə cinayət təqibindən xilas etmək üçün o, əlində olan bütün pul və qiymətli əşyalarını dərhal bəyan etməlidir.

Qız qızıl-zinət əşyaları, 200 min rubl, 10 min dollar, 60 kolleksiya qızıl sikkə toplayıb və əmanətlərini Zoologiçeskaya küçəsindəki evinin həyətində “vergi xidmətinin əməkdaşı”na təhvil verib.

Evə qayıtdıqdan sonra moskvalı hadisəni atasına danışıb. O, qızını dinləyib və polisə müraciət edib.

Zərər 6,3 milyon rubl təşkil edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə