Avropa silahlanma yarışında Rusiyanı məğlub etməlidir

Polşanın baş naziri "dönüş nöqtəsi" elan etdi

...Polşanın baş naziri Donald Tusk bildirib ki, Avropa öz təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürməyə qərarlı və hazırdır. O, əmindir ki, Avropa İttifaqı Rusiyanın tətbiq etdiyi silahlanma yarışında qalib gəlməyə qadirdir.

SİA xəbər verir ki, bu barədə “European Pravda” nəşri Tuskun Avropa İttifaqının Brüssel sammitinə gələrkən verdiyi bəyanata istinadən məlumat yayıb.

...Ancaq bu gün hər şey dəyişib. Mən həm Avropa Komissiyasının təkliflərini, həm də dünən Parisdə, Londonda olan bütün həmsöhbətlərimin qətiyyətini nəzərdə tuturam. Hər kəs bu çağırışın öhdəsindən gəlməkdə qərarlıdır.

Tusk qeyd edib ki, hazırkı dövr Avropa üçün müdafiəni gücləndirmək, silah sənayesini inkişaf etdirmək və Rusiyanın qoyduğu çağırışlara cavab vermək üçün dönüş nöqtəsi ola bilər.

O xatırladıb ki, Avropa müdafiəsinin gücləndirilməsi uzun müddətdir müzakirə olunur. Tusk hesab edir ki, Ukraynadakı müharibə, ABŞ administrasiyasının Avropaya yanaşmasının dəyişməsi və hər şeydən əvvəl Rusiyanın başlatdığı silahlanma yarışı Avropa üçün yeni çağırışlar yaradır. ...Avropa bu çağırışa qalxmalı və qalib gəlməlidir. Mən əminəm ki, Rusiya silahlanma yarışında uduzacaq. Necə ki, Sovet İttifaqı otuz il əvvəl oxşar yarışı uduzdu.

Bunu Polşanın Baş naziri vurğulayıb. Onun sözlərinə görə, bu, daha genişmiqyaslı münaqişədən qaçmağa kömək edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə