Avstraliya Ukraynanın Enerji Dəstəyi Fonduna əlavə olaraq 6 milyon avro yardım edib. Vəsait Ukraynanın enerji sektorunun əsas təcili ehtiyaclarını ödəmək üçün paylanacaq. SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna Energetika Nazirliyinin bəyanatına istinadən xəbər verir. Ukraynanın energetika naziri Herman Qaluşenko bu çətin anlarda Ukraynaya və enerji sektoruna verdiyi dəstəyə görə avstraliyalı tərəfdaşlara minnətdarlığını bildirib.
"Biz zədələnmiş texnikanı bərpa etməyə və təmir etməyə davam edirik və tərəfdaşlarımızın köməyi sayəsində milyonlarla ukraynalı ailə evində işıq və istiliklə təmin olunur”, - o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə