ABŞ Ali Məhkəməsi Trampın xarici yardımı dondurmaq tələbini rədd edib
ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının Konqres tərəfindən təsdiqlənmiş milyardlarla dollarlıq xarici yardımı dondurmaq tələbini rədd edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, qərara əsasən Tramp administrasiyası məhkəmənin qərarına əməl etməli və tamamlanmış işlər üçün qeyri-kommersiya yardım qruplarını təxminən 2 milyard dollar xarici yardımla təmin etməlidir.
Məhkəmə maliyyənin vaxtını açıqlamayıb, bu isə Ağ evə məsələni aşağı məhkəmələrdə mübahisələndirməyə imkan verəcək. Qərar 5 səs lehinə, 4 səs əleyhinə olmaqla qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB