Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova Respublikasının Rusiya Federasiyasındakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya tərəfi bu ölkənin Moldovadakı səfiri Oleq Ozerovun etimadnaməsinin indiyə qədər ölkə prezidenti tərəfindən qəbul edilməməsinə görə narazılıq bildirib. O.Ozerov səfir qismində Moldovaya 2024-cü ilin oktyabrında gəlib.

Rusiya XİN-dən qeyd olunub ki, bu, 1961-ci ildə qəbul olunmuş Diplomatik Əlaqələr haqqında Vyana konvensiyasına ziddir.

Moldova səfirinə Vyana konvensiyasının mətni, həmçinin Rusiya səfirinin qəbul edilməsinin gecikmə səbəblərinə aydınlıq gətirilməsini tələb edən verbal nota təqdim olunub. Rusiya tərəfi bildirib ki, Moldova tərəfinin hərəkətləri xarici nümayəndəliklərin rəhbərlərinə qarşı münasibətdə diplomatik praktikanın vahidliyi prinsipinə ziddir.

Bütün xəbərlər Facebook səhifəmizdə